24 Dekabr 2015

Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunması davam edir

Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunması davam edir

Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı  özünün sürətli inkişaf mərhələsindədir. Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunmasını prosesi həyata keçirilir.

Uzunölçülü relslərin qaynaqlanması prosesini “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar Cəmiyyətinin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarı kollektivi həyata keçirir. Müəssisənin bazasının gücləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. 800 metrlik uzunölçülü relslərin (pletlərin)  hazırlanması prosesininə 22 fevral  2012-ci ildə start verilmiş, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılmış, 30 yanvar 2013-cü ildə istismara verilmişdir.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisini vg uzunölçülü relslərlə əvəzlənməsini Azərbaycan təşkilatları həyvata keçirir. Ona görə də 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının bazasını daha da genişləndirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilmiş, istismara verilmişdir. Bu  texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.

Polad magistral boyu rahat və təhlükəsiz hərəkətin təmin olunmasında uzunölçülü relslərin  tətbiq olunmasının böyük əhəmiyyəti var. Belə olan halda yola xidmət etmək asanlaşır, lokomotivlərin və vaqonların hərəkəti zamanı bəzi yeyilmə və sürtünmə halları azalır, relslərin ömrü uzanır. Ən əsası isə qatarların hərəkət sürətinin artırılması üçün ən mühüm amillərdən biri məhz əsaslı təmir olunmuş yolların  uzunölçülü relslərlə əvəzlənməsidir.

Qeyd edək ki, 24 saylı Salyan Rels-Qaynaqlama Qatarı  1961-ci ildə yaradılıb və uzunölçülü relslərin hazırlanması təmayüllüdür. Uzun illər Zaqafqaziya dəmir yolu üçün strateji əhəmiyyət daşıyıb. İndi müstəqil Azərbaycanın dəmir yolu nəqliyyatı üçün bu şərəfli missiyanı həyata keçirir.

800 metrlik uzunölçülü relslərin hazırlanması prosesininə start veriləndən (22 fevral  2012-ci ildən)  bu günə kimi 532 km rels qaynaq edilmiş, bunun 394,7 km-i Azərbaycan dəmir yolunda, 137,3 km-i (bunun 78,6 km-i KSM-005 markalı səyyar qaynaq texnikası ilə həyata keçirilmişdir) isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisində istifadə olunmuşdur.

2015-ci ilin oktyabar ayından Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilmişdir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq. Artıq 28, 4 km əsaslı təmir olunub.  Bu  yolların da 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi həyata keçirilir.