28 Noyabr 2015

İşarəvermə və rabitə sistemi modernləşdirilir

İşarəvermə və rabitə sistemi modernləşdirilir

Son vaxtlar ölkədə  polad magistralının modernləşdirilməsi istiqamətində bir sıra müdüm layihələr həyata keçirilməkdədir. İşarəvermə və rabitə sisteminin modernləşdirilməsi bu işlərin tərkib hissələrindən biridir. Hərəkətin ahəngdarlığının təmin olunmasında bu işlərin böyük əhəmiyyəti  var.

Dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir.  Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Modernləşmə işləri mərhələlərlə həyata keçirilir. 1-ci mərhələdə Bakı-Böyük Kəsik sahəsində işarəvermə və rabitə avadanlıqlarının modernləşməsi isitaqmətində Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Şəmkir, Dəllər, Alabaşlı, Gəncə (13 stansiyada) stansiyalarında və məzillərdə mikroprosessor avadanlıqlarının hamısı təmir olunmuş otaqlarda qurulmuş, montaj olunmuş, optik lifli kabelləri qoyulmuş, stansiya çöl avadanlıqları, işıqforlar quraşdırılmışdır.

Gəncə stansiyasından başqa digər on iki stansiyada avadanlıqlarda test yoxlamaları  yekunlaşdırılmış, layihəyə əsasən işarəvermə-mərkəzləşmə-bloklama qurğuları quraşdırılmışdır.

Böyük Kəsik-Gəncə sahəsində 7 ədəd KTSM (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) postu tikilmiş, avadanlıqlar quraşdırılmış, 27 ədəd qorunan keçid inşa edilmiş, çöl avadanlıqları quraşdırılmış, rabitə sahəsi üzrə FOK-48 tipli kabel qoyulmuşdur.    

İşarəvermə və rabitə sisteminin modernləşdirilməsi prosesi sürətlə davam edir.