17 Yanvar 2017

İslam İnkişaf Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

İslam İnkişaf  Bankı ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İslam İnkişaf  Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səmimi dostluq şəraitində keçən görüşdə son dövrlər Azərbaycan dəmir  yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə Azərbaycanın regional logistik mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidənqurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

İslam İnkişaf  Bankının MDB ölkələri üzrə regional direktoru Hişan Maruf  təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində  “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.