19 Noyabr 2016

Nəvahi və Pirsaat stansiyalarının baş yolları əsaslı təmir olunur

Nəvahi və Pirsaat stansiyalarının baş yolları əsaslı təmir olunur

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

19 noyabr 2016-cı ildə Nəvahi və Pirsaat stansiyalarının 4275 metr uzunluğunda baş yollarının  əsaslı təmirinə start verildi. Nəvahi stansiyasında 2100, Pirsaat stansiyasında isə 2175 metr uzunluğunda baş yol təmir olunacaq. Artıq köhnə yolun söküntüsünə başlanılıb.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Təmir işləri 5 gün davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 175 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.