4 Noyabr 2016

Noyabr ayının 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq

Noyabr ayının   5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq

5 noyabr 2016-cı il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək.

Belə ki, Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.