26 May 2017

Özbəkistanda dəyirmi masa keçirilib

Özbəkistanda dəyirmi masa keçirilib

Daşkənddə (Özbəkistan) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu və Qazaxıstanın dəniz limanları” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Özbəkistan, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Çin və digər ölkələrin dəmir yollarının, aparıcı nəqliyyat-logistik şirkətlərinin, diplomatik missiyalarının və biznes strukturlarının nümayəndələri iştirak ediblər.  

Beynəlxalq Assosiasiya nümayəndələri Özbəkistan yüklərinin Qazaxıstan və Azərbaycanın dəniz limanları vasitəsilə Qara dəniz  ölkələri eləcə də Avropaya daşınmasının Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu  üzrə yükdaşıma həcminin artırılmasına yol açacağını bildiriblər. Həmçinin bu marşrut üzrə yük axının artırılmasına dair təkliflər müzakirə olunub.

Tədbir iştirakçıları marşrut üzrə daşımaların inkişaf perpektivləri ilə tanış olub, onları yüksək qiymətləndiriblər. Bundan başqa, bu marşruta qoşulmaqla “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyanın təqdim etdiyi nəqliyyat-logistik xidmətlərinin bilavasitə istifadəçiləri olmağa hazır olduqlarını qeyd ediblər.