14 Aprel 2016

Rumıniyada dəmir yol rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Rumıniyada dəmir yol rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Rumıniyanın Konstansa şəhərində Avropa-Asiya-Avropa istiqamətində Konstanca limanından keçməklə yükdaşımalarının inkişafı ilə bağlı dəyirmi masa keçirilir.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun, “Gürcüstan Dəmir Yolu” SC-nin Baş direktoru Mamuka Baxtadzenin, “Moldova Dəmir Yolu” DB-nin Baş direktoru Yuri Topalenin, Rumıniya “CFR Marfa Sa”nın Baş direktoru Laurensiu Cerceskunun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

Iştirakçılar Rumıniyanın Konstanca və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və  İran, eləcə də əks istiqamətdə yükdaşımalarının təşkili imkanları, problemli məsələlərin həlli yolları, həmçinin görülən işlər barədə müzakirələr aparırlar.

Tədbir çərçivəsində memorandum imzalanacaqdır. Üç gün davam edəcək dəyirmi masa iştirakçıları üçün şəhərin tarixi yerlərinə ekskursiya da təşkil ediləcəkdir.