27 Oktyabr 2015

Sentyabrın 12-dən oktyabrın 27-nə kimi Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən elektrik qatarları 75000 sərnişinə xidmət göstərib

«Stadler Rail Group» şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadır.

 

12 sentyabrdan 27 oktyabra kimi Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 74059 nəfər sərnişinə xidmət göstərib. Belə ki, Bakı sərnişin stansiyasından standart vaqonlara 39232, biznes sinfinə aid olan vaqonlara 1439, Sumqayıt stansiyasından standart vaqonlara 32473, biznes sinfinə aid olan vaqonlara isə 915 bilet satılıb.

 

Xatırladaq ki, sentyabr ayının 12-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlamışdır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz mənzil başına çatdırılması istiqamətində görülən işləri davam etdiriləcək.