16 Dekabr 2015

Soyuq Bulaq - Salahlı mənzilində 7, 9 kilometr dəmir yolu əsaslı təmir olunur

Soyuq Bulaq - Salahlı mənzilində 7, 9 kilometr dəmir yolu əsaslı təmir olunur

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi ilə dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.

16 dekabr 2015-ci ildə Soyuq Bulaq - Salahlı mənzilində 7, 9 km yolun əsaslı təmirinə başlanıldı. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərinin 11 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. Müəssisənin rəisi Xəqani Kazımovun verdiyi məlumata görə, səhər saatlarında köhnə yolun söküntücünə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 20 km dəmir yolu əsaslı təmir olunub.