30 Noyabr 2015

Sumqayıt sərnişin stansiyasının inzibti binasının tikintisi davam edir

 Sumqayıt sərnişin stansiyasının inzibti binasının tikintisi davam edir

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində  bütün qüvvələr səfərbər olunub.

Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun müasirləşdirilməsi görülən işlər sırasındadır.

 

2015-ci ilin sentyabr ayında sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt sərnişin stansiyasının binası yararsız halda olduğu üçün sökülmüş, yerində yeni inzibati binanın tikintisinə başlanmışdır.

Artıq binanın özülü tökülmüşdür. Yeni inzibati bina ikimərtəbəli, müasir üslubda olacaq. Burada çalışan dəmiryolçular üçün hər cür şərait yaradılacaq.

İlkin olaraq, hərəkətin ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə işarəvermə və rabitə avadanlıqları binası tikilmişdir. Hazırda bu otaqlarda tamamlama işləri aparılır.