23 Noyabr 2015

TƏBRİZDƏ ÜÇTƏRƏFLİ GÖRÜŞ KEÇİRİLMİŞDİR

22 dekabr 2015-ci ildə İran İslam Respublikasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran İslam Respublikasının Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları SC-nin baş direktoru Mamuka Baxtadze arasında  üçtərəfli görüş keçirmişdirlər.  

 Görüşüdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunmuşdur. İran İslam Respublikasının getdikcə artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizin daha əlverişli olması da görüşün əsas müzakirə olunan mövzularından idi.

 İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən Protokolu imzalamışlar.