29 Sentyabr 2023

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tərəfdaşların növbəti iclası keçirilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə tərəfdaşların növbəti iclası keçirilib

28-29 sentyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının növbəti iclası baş tutub. İclasda sözügedən marşruta əlavə yük həcmlərinin cəlb edilməsi və xidmət keyfiyyətinin, o cümlədən yük əməliyyatlarının səmərəliliyinin artırılması ilə bağlı məhsuldar müzakirələr aparılıb. 

Eyni zamanda, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Nizamnamə və üzvlük haqqında Əsasnamənin yeni versiyası yekdilliklə qəbul edilib.