Qayıtmaq

Astara (Azərbaycan) - Astara (İran)

Astara (Azərbaycan) - Astara (İran)

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində aparılan işlər çərçivəsində Astara stansiyasından İran İslam Respublikası ilə sərhədə qədər 8,3 km birxətli dəmir yolu çəkilib və Astaraçay üzərində dəmir yolu körpüsü inşa olunub. 2018-ci il fevralın 2-də Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

Həmçinin Astaraçay üzərində dəmiryol körpüsündən İran ərazisində tikilmiş yük terminalına qədər 1,4 km yol çəkilib.

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 28 mart 2018-ci il tarixində İran Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara – Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.