Qayıtmaq

Bakı-Xırdalan-Sumqayıt

Bakı-Xırdalan-Sumqayıt

2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşdü. Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.

Bakı-Xırdalan-Sumqayıt yolunun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Biləcəri, Xırdalan və Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahə 1985-ci ildən sonra təmir edilmirdi.

Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var.

Bu yol Bakının və Sumqayıtın ən önəmli nəqliyyat layihələrindən birinə çevrildi.