Tikintisi 2007-ci il noyabrın 27-də başlayan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılışı 2017-ci il oktyabrın 30-da olub. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxu Azərbaycan ərazisindən keçir.Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı–Tbilisi–Qars xəttinin fəaliyyəti “Şərq–Qərb” nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılmasına gətirib çıxarıb.
Artıq Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu yerləşdiyi regionda sabitliyə və təhlükəsizliyə xidmət göstərir.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yük daşımalarının həcmi (ton)
|
2018-ci il |
2019-cu il |
2020-ci il |
2021-ci il |
I rüb |
6 527 |
21 469 |
62 083 |
92 095 |
II rüb |
21 281 |
16 321 |
95 472 |
145 501 |
III rüb |
22 776 |
23 237 |
32 441 |
137 189 |
IV rüb |
16 809 |
49 147 |
34 948 |
|
Cəmi |
67 393 |
110 174 |
224 944 |
|
Yaxın gələcəkdə Bakı–Tbilisi–Qars xətti ilə sərnişinlərin daşınmasına da start veriləcək.